Aparıcı Şəhriyar: "Haraya gedəcəyini, nə edəcəyini bilmir"

Aparıcı Şəhriyar: "Haraya gedəcəyini, nə edəcəyini bilmir"
09:47 3 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

"İndiyə kimi 3 tammetrajlı filmə çəkilmişəm. Həyatımda ilk dəfədir ki, baş rolda çıxış edirəm".

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov yeni çəkildiyi "Aktyor" filmi haqda deyib. O, yeni filmin böyük maraq doğuracağını bildirib:

"Çox gözəl və iddialı bir film gəlir, mən baş rolda çəkilirəm. Filmin adından da bəlli olduğu kimi, baş rolda mənim canlandırdığım obraz - Aktyor olacaq. O, çox dindar insandır və yaxşı aktyordur. Buna baxmayaraq, həyatında çox çətinliklər var. Gələcəyə inamlı olsa da, haraya gedəcəyini, nə edəcəyini bilmir.

Əvvəlcə tərəddüdlərim var idi. Amma çəkilişlər davam edərkən gördüm ki, rejissorumuz Samir Qulamov həmin obrazı mənim içimdən dartıb çıxara bildi. Filmdə mənimlə birgə Aynur Əbilova da rol alıb. Çoxları elə bilirlər ki, biz bacı-qardaşıq, amma belə deyil. "Aktyor" filminin 90 faizi, demək olar ki, hazırdır, son tamamlama işləri gedir. Ona görə filmin təqdimatının nə zaman olacağı hələ ki bəlli deyil. Amma böyük ehtimalla gələn il olacaq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR