ABŞ-da atışma nəticəsində 14 nəfər ölüb, 17-si yaralanıb

ABŞ-da atışma nəticəsində 14 nəfər ölüb, 17-si yaralanıb
09:52 3 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ ABŞ-da Kaliforniyanın San Bernardino şəhərində baş verən atışma nəticəsində 14 nəfər ölüb, 17-si yaralanıb.
"Report" CNN-ə istinadən xəbər verir ki, atışma əqli pozğunluqdan əziyyət çəkən insanlara yardım göstərən "Inland" regional mərkəzində olub. Binadan daha öncə girov kimi saxlanılan 30 nəfər çıxıb.
Yerli polis şefinin sözlərinə görə, atışmada şübhəli bilinənlərin biri zərərsizləşdirilib, digəri yaralanıb.
Amma telekanal üçüncü şübhəlinin də olduğunu və onun hələ də azadlıqda gəzdiyini ehtimal kimi irəli sürüb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-da-atisma-neticesinde-14-nefer-olub-17-si-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR