Mahmud Məmmədquliyev: "Azərbaycanla Avropa İttifaqı arasında soyuqluq var"

Mahmud Məmmədquliyev: "Azərbaycanla Avropa İttifaqı arasında soyuqluq var"
10:12 3 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ “Azərbaycanla Avropa İttifaqı arasında soyuqluq var və söhbət yalnız Avropa Parlemanetindən getmir. Amma, təbii ki, bu soyuqluğun yaranmasında Avropa Parlamentinin də öz rolu var”.
“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirin müavini Mahmud Məmmədquliyev, Avropa Parlamentində Azərbaycana qarşı qətnamənin qəbulundan sonra Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin hazırkı durumunu şərh edərkən deyib.
Onun sözlərinə görə, qətnamə layihənin qəbul olunması, onun Avropa Parlamentində yekdiliklə dəstəklənməsi anlamına gəlmir: “Demək olmaz ki, parlamentdə hamısı o layihəyə səs verib. Ən böyük partiya olan Avropa Xalq Partiyası (European People`s Party) bu layihəyə qarşı çıxıb. Amma hesab edirəm ki, Avropa Parlamenti ilə işləmək lazımdır, çünku bu, Avropa İttifaqının bir hissəsidir və orda mühüm qərarlar qəbul olunur”.
Nazir müavini Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin soyumasının əsas səbəbi kimi, ittifaqın indiyə qədər Dağlıq Qarabağ münaqişəsinə yanaşmada vahid mövqe ortaya qoymaması ilə izah edib: “Düzdür Riqa sammitində onlar bildiriblər ki, bütün "Şərq Tərəfdaşlığı" ölkələrin ərazi bütövlüyünü tanıyırlar, o cümlədən də Azərbaycanın, amma eyni zamanda bu münaqişənin necə həll edilməsini Riqa kommünikesində bizə uyğun olan şəkildə göstərməyiblər. Moldova, Gürcüstan, indi də Ukraynada münaqişənin bu və ya digər prinsiplər əsasında həll olunmasını deyirlər, amma Azərbaycana gələndə deyirlər ki, ATƏT-in Minsk qrupu var və hansı qərar qəbul edilsə, onu dəstəkləyəcəyik. Lakin söhbət ondan gedir ki, sənin mövqeyin nədir?”
M.Məmmədquliyev bildirib ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsində Azərbaycana uyğun olan mövqeyi tələb edəcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/mahmud-memmedquliyev-ai-ile-azerbaycan-arasind-asoyuqluq-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR