Britaniya Suriyada İŞİD-i vurur - VİDEO - FOTO

Britaniya Suriyada İŞİD-i vurur - VİDEO - FOTO
10:17 3 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya İŞİD-i bombalamağa başlayıb. Kral Hərbi-Hava Qüvvələrinin Kiprdəki Akrotiri aviabazasından səmaya qalxan "Tornado" qırıcı-bombardmançıları İŞİD-in Suriyadakı mövqelərinə raket-bomba zərbələri endiriblər.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, təyyarələr Britaniya parlamentində İŞİD-in Suriyadakı mövqelərinə aviazərbələr endirilməsi məsələsinin səsverməyə qoyularaq qəbul olunmasından bir saat sonra əməliyyata yollanıblar.
Səsvermədə 397 deputat İŞİD-ə zərbələr endirilməsinin lehinə, 223 nəfər əleyhinə səs verib. Səsvermə 10 saat davam edən debatlardan sonra baş tutub.
"Tornado"lar 3 saat sonra aviabazaya qayıdıblar.
Britaniya 2014-cü ilin sentyabrın 24-dən bəri İraq hakimiyyətinin xahişi ilə bu ölkədə İŞİD-ə qarşı "Şeyder" əməliyyatını reallaşdırır. London İraqa 350 hərbi təlimatçı yollayıb, İŞİD-in mövqelərinə 18 təyyarə və 10 pilotsuz uçan qurğu ilə zərbələr endirir.
Britaniyalılar Suriyada indiyədək yalnız kəşfiyyat uçuşları keçirirdilər.
 

Milli.Az

































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR