Fransa Türkiyə ərazisinə girəcək

Fransa Türkiyə ərazisinə girəcək
10:21 3 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Fransaya İŞİD-ə zərbələr endirmək üçün ölkənin hava məkanından istifadə etməyə icazə verib.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) xəbər yayıb. Rəsmi Ankara Fransanın Suriya və İraqdakı İŞİD terrorçularına Türkiyənin hava məkanından zərbə endirmək istəyini müsbət qarşılayıb.

“Türkiyə hökuməti Fransanın müvafiq sorğusuna müsbət cavab verib”, - deyə Türkiyənin XİN-dən bildirilib.

Bu, Fransa hərbi təyyarələrini “İncirlik” hərbi bazasında yerləşdirməyə və Türkiyə hava məkanından istifadə edərək terrorçulara zərbə vurmağa imkan verəcək.

Ötən gün NATO-ya üzv ölkələr Suriya-Türkiyə sərhədində baş verən hadisədən sonra Türkiyənin hava məkanının təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsi haqda qərar qəbul edib.

Bu bəyanatı NATO Xarici İşlər nazirlərinin Brüsseldə keçən toplantısının yekunları ilə bağlı keçirilən mətbuat konfransında alyansın baş katibi Yens Stoltenberq səsləndirib.


Yens Stoltenberq - NATO-nun baş katibi


“İngiltərə bu səbəbdən Türkiyəyə təyyarə, Almaniya və Danimarka Aralıq dənizinə hərbi gəmilər göndərəcək. Eyni zamanda, Almaniya hökümətinin Suriyaya 2000 əsgər, 4-5 kəşviyyat təyyarəsinin göndərilməsi də nəzərdə tutulur. Biz, həmçinin, Almaniya və Fransanın ABŞ-ın Türkiyədə yerləşən hərbi bazası olan “İncirlik”-dən istifadə üçün rəsmi Ankaraya müraciət etmişik", - deyə baş katib əlavə edib.


Türkiyəyə dəstək olan ölkələr

İngiltərə qırıcıları Suriyaya yola düşdü

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR