"Azərbaycan lazımi sənədləri təqdim etmədiyindən ÜTT-yə üzvlük uzanır"

"Azərbaycan lazımi sənədləri təqdim etmədiyindən ÜTT-yə üzvlük uzanır"
10:24 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Biz lazımi sənədləri hələlik təqdim etmədiyimiz üçün Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi uzanır".

 

APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

 

Nazir müavini bildirib ki, bu təşkilatın öz qaydaları var: "Sonuncu görüş bu ilin fevralında olub. Onlar qarşımıza suallar, təkliflər qoyublar. Bəzi məsələlərdə bizdən tariflər istəyirlər. Biz hələlik cavab verməmişik. Hələ ki, sənədlər yoxdur. Biz hələ danışıqlara hazır deyilik. Onların istədikləri sənədləri hazır edəndə vaxt təyin edəcəklər, işçi qrupunun görüşü olacaq, ikitərəfli danışıqlar aparılacaq. Bizim məqsədimiz odur ki, əvvəlcə iqtisadiyyatımızı şaxələndirək, sonra danışıqlar aparaq".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR