Portağal magistral yolu bağladı (FOTO)

Portağal magistral yolu bağladı (FOTO)
05:51 30 Dekabr 2014
124 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə portağalla yüklənmiş TIR-ın aşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Tarsus – Adana – Qaziantep D-400 magistral yolunun Adananın Seyhan rayonundan keçən hissəsində baş verib.

Adanadan Osmaniyəyə gedən TIR sürücünün idarə etməni itirməsi nəticəsində aşıb. Aşmış TIR-da sıxılmış vəziyyətdə qalan 32 yaşlı sürücü Həbib Çiçəyk hadisə şahidləri tərəfindən çıxarılıb.

TIR-da olan xeyli miqdarda portağal isə yola səpələnib. Bu səbəbdən magistral yolda avtomobillərin hərəkəti dayandırılıb. Yolu ancaq 2 saatda təmizləyərək avtomobillərin hərəkətini bərpa etmək mümkün olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=317068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR