Noyabr ayında 118 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

Noyabr ayında 118 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib
11:08 3 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2015-ci ilin noyabr ayı ərzində 5,032,184 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 118 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Əməliyyatlarda 488 nəfər minaaxtaran mütəxəssis və 112 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 314,455,648 kvadrat metr ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,895-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağstafa, Beyləqan, Füzuli, Gəncə, Göygöl, Xocavənd, Qazax, Abşeron, Samux və Tərtər rayonlarında davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2464434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR