"AtaBank"ın "Yeni Həyat" filialının müştərisi 500 manatlıq uduşu qazanıb

"AtaBank"ın "Yeni Həyat" filialının müştərisi 500 manatlıq uduşu qazanıb
11:18 3 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
"AtaBank" ASC-nin "KartoManiya" ani stimullaşdırıcı lotereya kampaniyasında növbəti 500 manatlıq uduşu "Yeni Həyat" filialının müştərisi Anar Abasov qazanıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bundan başqa, "AtaBank"ın "Monolit", "Gənclik", "Nizami", "Şəmkir", "Lənkəran", "Yevlax", "Paytaxt" və "Bakı" filiallarında keçirilmiş uduş kampaniyasında iştirak edən lotereya kuponlarının sahibləri müxtəlif məbləğdə pul mükafatları qazanaraq qalib olublar.
Qeyd edək ki, "AtaBank" ASC kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek üçün bir kupon verilir. Digər bankların kartları ilə ödəniş edənlər isə 20 manatlıq alış-veriş çekinə görə bir kupon əldə edirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR