"Anderlext"in hücumçusu “Qarabağ”la oyunu buraxacaq

"Anderlext"in hücumçusu “Qarabağ”la oyunu buraxacaq
11:32 3 Dekabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu "Qarabağ"a qarşı keçirəcək "Anderlext" ciddi itki ilə üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hücumçu Frank Açemponq zədələnib.

Son vaxtlar formada olan Qana millisinin üzvü məşqlərin birində dizindən xəsarət alıb. Baş məşqçi Besnik Hasi 22 yaşlı forvardın bir neçə həftə komandadan ayrı qalacağını istisna etməyib: "Açemponq forma yığdığı bir vaxtda belə zədə aldı. İndi onun nə zaman kollektivə qoşulacağını bilmirəm. Bu, bir neçə həftə çəkə bilər. Təəssüf ki, futbolçumuz qarşıdakı vacib oyunlarda bizimlə birlikdə olmayacaq".

Belçika mətbuatı Avropa Liqasının "Monako" ilə ötən tur qarşılaşmasında komandasının ikinci qolunu vuran Açemponqoun "Qarabağ"la matçı buraxacağını yazıb.

Qeyd edək ki, "Anderlext" - "Qarabağ" oyunu dekabrın 10-da "Konstant Vanden Stok" stadionundan keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR