Azərbaycanda sənaye brendlərinin yaradılması üzrə bağlı keçirilən təlim başa çatıb

Azərbaycanda sənaye brendlərinin yaradılması üzrə bağlı keçirilən təlim başa çatıb
11:32 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycanda sənaye və istehsal sahələrində fəaliyyət göstərən sahibkar və menecerlərin maarifləndirilməsi məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması” layihəsi çərçivəsində noyabrın 18-dən başlanmış treninqlər dekabrın 2-də başa çatıb. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məliumat verilib.
Azərbaycanda sənayenin inkişafına dair Dövlət Proqramının (2015-2020-ci illər) icrasına uyğun olaraq keçirilən layihənin məqsədi sənaye və istehsal müəssisələrinin marketinq sahəsində məlumatlılıq səviyyəsinin artırılması və brendləşmənin təşviq edilməsidir.
Treninqlərdə müxtəlif sənaye sahələrində fəaliyyət göstərən 50-dən çox yerli müəssisənin nümayəndələri iştirak ediblər.
“Reklam və marketinq kommunikasiyaları”, “Sənayede brendləşmə”, “Marketinq strategiyaları” mövzularını əhatə edən treninqlərdə məhsulun düzgün tanıdılma vasitələri, reklamın səmərəliliyinin artırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.


Xəbərin orijinal ünvanı: http://report.az/senaye/azerbaycanda-senaye-brendlerinin-yaradilmasi-uzre-bagli-kecirilen-telim-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR