“Coca-Cola” Yeni il aksiyasının daha bir qalibi avtomobil qazandı (FOTO)

“Coca-Cola” Yeni il aksiyasının daha bir qalibi avtomobil qazandı (FOTO)
11:33 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Coca-Cola” şirkətinin Yeni il aksiyası çərçivəsində keçirilən uduş kampaniyasının növbəti qalibi müəyyənləşib. Şirkətdən Trend-ə verilən məlumata görə, bu, Bakı şəhər sakini xanım Esmira Əliyeva olub və o, “Volkswagen Polo” avtomobili qazanıb.

Uduş kampaniyası çərçivəsində keçirilən mükafatlandırma mərasimində çıxış edən Esmira Əliyeva “Coca-Cola” şirkətinə bayram ərəfəsində bu cür gözəl fürsət yaratdığına görə minnətdarlığını bildirib və qeyd edib: “Hələ uşaqlıqdan yadımdadır ki, “Coca-Cola” məhsulları hər zaman süfrəmizi bəzəyib. Bu dəfə “Coca-Cola” alanda qablaşdırmanın üzərində kampaniya haqda olan məlumatı oxudum və qapağın altındakı kodu qısa nömrəyə göndərərək uduşda iştirak etməyə qərar verdim. Qalib olub avtomobil uddumuğu biləndə sevincimin həddi-hüdudu yox idi. “Coca-Cola” bizə Yeni İlə belə bir xoşbəxtlik, sevinc hissi yaşatdı. Yeni İli yaxınlarımızla qeyd etmək üçün yeni avtomobilimizlə Salyana yollanacıq. Artıq Yeni ilin ailəmiz üçün uğur gətirdiyini əminliklə deyə bilərəm”.

Öz növbəsində çıxış edən “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel qalibi təbrik edərək qeyd edib ki, sözügedən aksiya ənənəvi olaraq Yeni il bayramının ab-havasının daha da zənginləşdirilməsi və xoş əhval-ruhiyyənin paylaşılması məqsədini daşıyır: “Yeni il aksiyamız çərçivəsində avtomobil qazanan üçüncü qalib müəyyənləşdi. Mən Esmira xanımı qarşıdan gələn Yeni İl bayramı münasibətilə və yeni avtomobilə sahib olduğu üçün təbrik edirəm, ən xoş arzularımı çatdırıram. Hər kəsi Yeni İl aksiyasının iştirakçısı olub avtomobil qazanmaq fürsətindən yararlanmağa dəvət edirəm”.

Qeyd edək ki, kampaniya çərçivəsində cari ilin noyabr ayının 2-dən gələn ilin yanvar ayının 6-dək 2 və ya 2,5 litrlik “Coca-Cola” və ya “Fanta Portağal”, yaxud 2 litrlik “Sprite” alan hər kəs avtomobil udmaq şansını qazanacaq. “Coca-Cola”, “Fanta Portağal” və ya “Sprite”ın qızılı qapağının altındakı unikal kodu istənilən mobil rabitə operatorunun şəbəkəsi vasitəsilə 7676 nömrəsinə pulsuz SMS göndərərək hər bir şəxs uduş kampaniyasında iştirak haqqı qazanır. Kampaniya müddəti ərzində hər həftənin çərşənbə günü keçiriləcək lotereyada “Volkswagen Polo” avtomobili qazanmaq şansı yaranır. Bundan başqa, kampaniya iştirakçıları 100 minlərlə 1 litrlik “Coca-Cola” qazana bilərlər.

“Coca Cola” şirkəti haqqında:
“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “POWERADE”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “FUZE TEA” və “Del Valle” kimi brendlər aiddir. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2464451.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR