​Əhməd Davudoğlu: "Azərbaycanın Türkiyəyə satdığı enerjinin həcminin artırılmasına dair müzakirələr aparacağıq"

​Əhməd Davudoğlu: "Azərbaycanın Türkiyəyə satdığı enerjinin həcminin artırılmasına dair müzakirələr aparacağıq"
11:42 3 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ "Dağlıq Qarabağ başda olmaqla Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı mövqeyimiz açıq və qətidir. Bütün torpaqları azad olunanadək Türkiyə Azərbaycanın yanında olacaq".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Azərbaycana yola düşməmişdən əvvəl Esenboğa hava limanında jurnalistlərə açıqlamasında bildirib.
Baş nazir qeyd edib ki, enerjinin şaxələndirliməsi ilə bağlı Türkiyənin hədəfləri var: "Çoxyönlü siyasi işlər gördük. TANAP layihəsi davam edir. Yeni istiqamətlərdə Azərbaycanda ətraflı görüşlərimiz olacaq. Azərbaycanın Türkiyəyə satdığı enerjinin həcminin artırılmasına dair danışıqlar aparacağıq. Azərbaycanla əlaqələrimiz Rusiyadan asılı olmadan davam edir".
Qeyd edək ki, Ə.Davudoğlu bu gün Bakıya gəlir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR