Rusiyada azərbaycanlılar lombard yardılar

Rusiyada azərbaycanlılar lombard yardılar
11:51 3 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada lombard dükanını yarıb qaçan azərbaycanlılar saxlanılıb. ANS PRESS-in məlumatına görə, dekabrın 1-də Rusiyada 3 nəfər lombarda hücum edib.

Rusiyanın hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilib ki, satıcı qadın siqaret çəkmək üçün küçəyə çıxıb. Bu zaman iki nəfər qadını zorla içəri aparıb.

Üçüncü şəxs isə dükanın qapısında gözləyib, o içəri girmək istəyənlərə mağazanın bağlı olduğunu deyərək, oğurluğa şərait yaradıb.

Azərbaycanlılar lombarddan bir neçə qutu zinət əşyaları götürüblər. Oğurlanan əşyaların dəyərinin 4 milyon rubl (62 min 400 manat) olduğu bildirilib.



Lakin soyğunçular uzağa qaça bilməyiblər. Yerli polis şübhəli şəxsləri hadisə baş verən yerdən bir neçə kilometr aralıda - avtomobillərə oturanda saxlayıb.

Araşdırma zamanı məlum olub ki, onların hər 3-ü azərbaycanlıdır və Rusiyanın Peterqof şəhərinə yenicə gəliblər.

Hüquq-mühafizə orqanları onların bu cür başqa cinayət hadisələri törətdiyini də ehtimal edir.

Azərbaycanlıların Sankt-Peterburqun cənub-qərbində də bir neçə lombard dükanına hücum edib-etmədiyi araşdırılır.


Peterqof və Sankt-Peterburq şəhərləri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366307

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR