Bakı. Rufiz Hafizoğlu - Trend:
Rusiya hakimiyyətinin antitürk bəyanatları keçmiş SSRİ ruhundadır. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycana səfəri ərəfəsində deyib.
Onun sözlərinə görə, Türkiyə ümid edirdi ki, Rusiya SSRİ-nin təbliğat ritorikasından xilas olub, lakin faktlar göstərir ki, bu heç də belə deyil.
Ə.Davudoğlu qeyd edib ki, antitürk təbliğatına Rusiya hakimiyyətindən başqa heç kəs inanmır.
Bizi Twitter-dən izləyin: @trend_az