Amerika Birləşmi Ştatları (ABŞ) prezidenti Barak Obama “NPR” radiosunun “Morning Edition” proqramında Stiv İnskipin suallarını cavablandırıb.
ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama İŞİD terror qruplaşmasının böyük bir təhlükə olduğunu və bunu gözardı etməməyin vacibliyini vurğulayıb.
ABŞ prezidenti İŞİD yaraqlılarının da Əl-Qaidə terrorçuları kimi ard-arda hücumlarla kifayətlənməyib böyük ərazilər zəbt etmək, güclü ordu qurmaq arzusunda olduqlarını dilə gətirib: “İŞİD real təhlükələrdən biridir. İraq ordusunun İŞİD-lə döyüşməyə gücü çatmasa da biz əsgər göndərməyəcəyik. Hələlik bu srtategiyada qalırıq”
Qeyd edək ki, B.Obama bundan əvvəlki çıxışlarında da İraqa İŞİD-lə döyüşmək üçün ordu yeritməyəcəyini bildirmişdi.