Memarlıq və dizayn istiqamətli ixtisaslar üzrə seminar

Memarlıq və dizayn istiqamətli ixtisaslar üzrə seminar
12:08 3 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbula hazırlıq işləri çərçivəsində ali təhsil müəssisələrinin memarlıq, dizayn (I qrup) və orta ixtisas təhsili müəssisələrinin dizayn ixtisasları üzrə elmi-metodik seminar keçirib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, seminarda qabiliyyət imtahanlarının və seçmə turların daha səmərəli təşkili üçün Komissiyanın təklifləri diqqətə çatdırılıb.
Eyni zamanda, qabiliyyət imtahanlarının proqramları və qiymətləndirmə meyarları müzakirə olunub.
Memarlıq, dizayn, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin dizayn ixtisasları üzrə qəbul proqramları və qiymətləndirmə meyarları müzakirələrdən sonra təsdiqlənib. Həmin proqramlar və qiymətləndirmə meyarları TQDK tərəfindən nəşr ediləcək vəsaitlərdə veriləcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Memarliq_ve_dizayn_istiqametli_ixtisaslar_uzre_seminar-907786

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR