BMT nümayəndəsi digər ölkələri Azərbaycanın İKT sahəsindəki təcrübəsindən bəhrələnməyə çağırıb

BMT nümayəndəsi digər ölkələri Azərbaycanın İKT sahəsindəki təcrübəsindən bəhrələnməyə çağırıb
12:08 3 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, Nihad Budaqov, AZƏRTAC 
Azərbaycan informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində BMT-nin siyahısında yüksək pillədə qərarlaşıb. Biz təklif edirik ki, digər ölkələr Azərbaycanın bu sahədəki qazandığı təcrübədən bəhrələnsin və istifadə etsin. BMT bu sahənin daha da inkişaf etdirilməsi üçün Azərbaycana daim dəstək olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri dekabrın 3-də Bakıda işə başlayan “İKT innovasiyalarının regional inkişaf mühitinin yaradılması” mövzusunda III Regional İnternet İdarəçilik Forumundakı çıxışında Azərbaycanda diplomatik fəaliyyəti başa çatmış BMT-nin rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek səsləndirib. O deyib: “Son illər Azərbaycanın İKT sektorunun inkişafı üçün mühüm addımlar atılıb. Bunun nəticəsində artıq Azərbaycan İKT sahəsində öz sözünü deyən ölkəyə çevrilib”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_numayendesi_diger_olkeleri_Azerbaycanin_IKT_sahesindeki_tecrubesinden_behrelenmeye_chagirib-907785

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR