Tovuzlular ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edirlər

Tovuzlular ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edirlər
12:18 3 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Tovuz, 3 dekabr, AZƏRTAC
Ölkəmizin hər yerində olduğu kimi, Tovuz rayonunda da ulu öndər Heydər Əliyevin xatirə günü münasibətilə silsilə tədbirlər davam etdirilir.
Dekabr ayının əvvəllərindən başlayaraq rayonun təhsil, səhiyyə, mədəniyyət obyektlərində dahi şəxsiyyətin xatirə günü münasibətilə tədbirlər keçirilir, onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri bir daha yada salınır.
AZƏRTAC xəbər verir ki, Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən növbəti tədbir N.Tusi adına məktəb-liseydə təşkil olunub. Mərkəzin direktoru Aytən Tağıyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun həyat və siyasi fəaliyyətindən bəhs edən “Müasir Azərbaycan tarixini yazan dahi şəxsiyyət” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətində bəhs edən videofilm də nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tovuzlular_ulu_onder_Heyder_Aliyevin_xatiresini_ehtiramla_yad_edirler-907790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR