Ərlə arvad niyə cəllada çevrildilər? - VİDEO - FOTO

Ərlə arvad niyə cəllada çevrildilər? - VİDEO - FOTO
12:22 3 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Dünən ABŞ-ın Kaliforniya ştatının San-Bernardino şəhərinin İcma Mərkəzində baş vermiş və azı 14 nəfərin həyatına son qoymuş atışmanın şübhəlilərinin 28 yaşlı Seyid Rizvan Faruk və 27 yaşlı Taşfin Malik olduqları bildirilib.

Onların hər ikisinin ABŞ-da doğulduğu və ABŞ vətəndaşları olduğu xəbər verilir. Bəzi məlumatlarda bu iki nəfərin ər-arvad olduqları bildirilib.

"Azadlıq" Radiosunun məlumatında deyilir ki, şübhəlilər hadisə yerindən qaçmağa çalışdıqları maşında, polislə atışma zamanı öldürülüblər.

Bundan əvvəl verilən xəbərlərdə iki şübhəlinin öldürüldüyü və onlardan birinin qadın olduğu bildirilmişdi.

"Kədərlənmişəm"

Şübhəlilərdən birinin qaynı mətbuata açıqlama verərək "sarsıntı" işində olduğunu söyləyib.
O Amerika İslam Əlaqələri Şurasının binasında keçirilən təcili mətbuat konfransında danışıb.
"Mən buraya gəlmişəm ki, ailəmin bu hadisədən necə kədərləndiyini bildirim", - Fərhan Xan deyib.
O, şübhəli şəxs sayılan Səid Faruqun bacısının əridir.
Xan daha sonra bildirib ki, qaynı ilə sonuncu dəfə bir həftə əvvəl danışıb.
Farukun radikal dindar olub-olmadığı barədə suala cavab olaraq Xan heç bir şərh verməyəcəyini deyib.
O deyib ki, baş vermiş hadisənin səbəbləri barədə ağlına heç nə gəlmir.
Amerika İslam Əlaqələri Şurası hadisəni qətiyyətlə pisləyib.

Bir şübhəli tutulub

Bu arada atışmanın üçüncü şübhəlisinin həbs olunduğu xəbər verilir. Bu da bildirilir ki, Faruk əvvəllər hadisənin baş verdiyi İcma Mərkəzində çalışıb.
Bundan əvvəl şəhərdəki sosial xidmətlər və ya İcma Mərkəzinin binasında keçirilən bayram ziyafətinə üç nəfərin silahlı basqın etdiyi xəbər verilmişdi.
Polis şübhəlilərin ağır silahlı olduqlarlını və "döyüş tipli paltar" geyindiklərini bildirib.
Bəzi xəbərlərə görə, polis öldürülən şübhəlilərin etnik mənsubiyyətini müəyyən edə bilməyib.

Terror istisna olunmur

Atışma nəticəsində daha 17 nəfərin yaralandığı xəbər verilib. Onlardan ikisinin böhranlı vəziyyətdə olduğu deyilir. 
Federal Təhqiqatlar Bürosu (FBİ) hücumun terror aktı olduğunu istisna etmir, lakin təhqiqatın davam etdiyini bildirir.
Hazırda təhlükəsizlik qüvvələrinin bomba ekspertləri şübhəli əşyaları yoxlayırlar.
Prezident Barak Obama artıq məlumatlandırılıb.
Atışma bir neçə xəstəxananın və səhiyyə idarələrinin yerləşdiyi ərazidə baş verib.

Üç silahlı adam?

Kaliforniya rəsmilərinin bildirdiyinə görə, Los-Anceles şəhəri yaxınlığında şərq istiqamətində yerləşən San Bernadino şəhərində əlillər üçün treninq mərkəzində atışma nəticəsində azı 20 qurbanın olduğu bildirilir.
"Amerikanın Səsi"nin məlumatına görə, yerli şerif hadisədə üç silahlı şəxsin iştirak etdiyi ehtimal edib.

Polis bildirib ki, polis işçiləri silahlı şəxslərin hələ də hadisə yerində fəal olub-olmadığını müəyyən etməyə çalışır. Polis vətəndaşlara evdə qalmaq və hadisə yerindən uzaq durmaqla bağlı xəbərdarlıq edib.

Polis sözçüsü Los Angeles Times qəzetinə deyib ki, şübhəlilər güclü silahlanıb və onların zirehli geyimdə olduğu ehtimal edilir. Hadisə yerinə bomba zərərsizləşdirmək üçün xüsusi qrup göndərilib. Rəsmilər hadisə yerində partlayıcı maddələrin yerləşdirildiyinə inanırlar.

Atışmanın baş verdiyi Inland Regional Center inkişaf problemli şəxslərin reabilitasiyası məqsədilə 40 il bundan əvvəl yaradılıb.

ABŞ prezident seçkilərində iki aparıcı namizəd dərhal hadisəyə Twitter sosial şəbəkəsində münasibət bildirib. Demokrat Hillari Klinton "bunu normal hadisə kimi qəbul etməkdən" imtina etdiyini bildirərək, "Biz silahla törədilmiş zorakılığa son qoymalıyıq" deyib.

Hadisələrin detalları ilə bağlı məlumatlar daxil olduqca respublikaçı Donald Tramp atışmanı "pis hadisə" kimi qiymətləndirib. O, hadisə yerində olan polis zabitlərinə uğur arzulayaraq, deyib ki, "polisin qədri belə vaxtlarda bilinir".

İki nəfər olublar

San-Bernardino şəhərinin polis rəisinin dediyinə görə, qanlı faciəni törədənlər 28 yaşlı Seyid Faruk və 27 yaşlı Taşfin Malikdir.
Faruk Birləşmiş Ştatlarda doğulub.
Cinayət günü Faruk əvvəlcə regional mərkəzdə keçirilən tədbirə qatılıb, amma bir müddət sonra oranı tərk edib. Təxminən 2 saat sonra Faruk mərkəzə Taşfinlə birlikdə qayıdıb və onlarda silah olub.
Mərkəzdəki gülləbaranda 14 nəfər həlak olub, 17 nəfər yaralanıb.


Seyid Faruk və Taşfin Malik ər-arvaddılar. Onların 6 aylıq qızları da vardı.
Son məlumatlara görə, Seyid Faruk qatıldığı tədbirdə kiməsə qəzəblənib. Daha sonra o, avradı ilə geri qayıdaraq faciə törədib. Bundan sonra ərlə-arvad off-roud tipli avtomobilə minərək aradan çıxmağa çalışıblar.
Polislərin təqib etdiyi bu şəxslər yolda güllələniblər.
Faruk və Malik polisə müqaviət göstəriblər, hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar. 
O da məlum olub ki, ərlə arvad polisdən qurtulmaq üçün maşından yola əldəqayırma partladıcı qurğular da atıblar.
Onlar yaxşı silahlanmışdılar, əyinlərində də gülləkeçirməz jiletlər vardı.

Orxan Hun
Milli.Az



















































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR