​Ağstafada gəncin özünə bıçaqla xəsarət yetirməsinin səbəbləri məlum olub

12:22 3 Dekabr 2015
15 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, 26 yaşlı gəncin öz qarnına bıçaqla xəsarət yetirməsi borca görə olub.
Belə ki, Biləsuvar rayon sakini olan X.İsgəndərov Ağstafa rayonunun Poylu kəndində yaşayan qayınatası Lətif Əliyevə başqa şəxsə borcunun olduğunu deyərək, ondan pul istəyib. Lakin qayınatası kürəkəninə pul verə bilməyəcəyini bildirib. Bundan sonra X.İsgəndərov bıçağa əl atıb. Nəticədə, o, öz qarnına bıçaqla xəsarət yetirib.
Yaralı X.İsgəndərov dərhal Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Orada əməliyyat edilən yaralının vəziyyəti hazırda normaldır.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/agstafada-gencin-ozune-bicaqla-xesaret-yetirmesinin-sebebleri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR