Oğlunun vəziyyəti ağır olan prorektor danışdı

Oğlunun vəziyyəti ağır olan prorektor danışdı
12:26 3 Dekabr 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+

"Oğlum Ercanı noyabr ayının 25-də təhsil aldığı 6 nömrəli məktəbdən çıxıb evə gələrkən yolda avtomobil vurub. Qəzanı törədən sürücü dərhal onu maşınına qoyub və xəstəxanaya çatdırıb. Hazırda 8 gündür ki reanimasiyadadır".

Bu sözləri ANS PRESS-ə açıqlamasında Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov deyib. Onun sözlərinə görə, 12 yaşlı oğlu Respublika Neyrocərrahiyyə Xəstəxanasında müyinə edilir:

"Qəzadan sonra sürücü uşağı xəstəxanaya gətirib və bizə bu barədə məlumat verilib. Dərhal xəstəxanaya gəldik. Tibb müəsisindən Ercanın iki qabırğasının sındığını və qapalı kəllə-beyin travması aldığını bildirdilər. Hazırda vəziyyəti sabitdir. Ancaq səhhətində heç bir irəliləyiş yoxdur. Həkimlər çoxlu dua etməyimizi deyir. Hər şeyin müsbətə doğru həll olacağına ümid edirik", -deyə prorektor bildirdi.


Eldar Aslanovun "facebook" statusu


Dünən səhər saatlarında Eldar Aslanov bununla bağlı öz "facebook" səhifəsində status da paylaşıb. Yazıda deyilir: "Oğlum Ercanı maşın vurub ve 7-ci gündür ki komadadır. Dünən axşam yanında oldum. Gördüklərim onun bizə dönəcəyinə inamımı daha da artırdı. Yeni xəbər olduqca bölüşəcəm. Dualarınızı əsirgəməyin..."

E. Aslanovun Ercandan başqa 7-ci sinifdə təhsil alan bir qızı var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR