YUNESKO-nun toplantısında Azərbaycan nümayəndə heyəti Ermənistan tərəfinin təxribatına layiqli cavab verib (VİDEO)

YUNESKO-nun toplantısında Azərbaycan nümayəndə heyəti Ermənistan tərəfinin təxribatına layiqli cavab verib (VİDEO)
12:33 3 Dekabr 2015
12 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

YUNESKO Hökumətlərarası Komitəsinin toplantısında Azərbaycan nümayəndə heyəti Ermənistan tərəfinin təxribatına layiqli cavab verib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 30 noyabr-4 dekabr tarixlərində Namibiyanın paytaxtı Vindhuk şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilir. Sessiya çərçivəsində Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməyərək Ermənistan tərəfinə geri qaytarılıb. Azərbaycanın təqdim etdiyi “Lahıc misgərlik sənəti” nominasiya faylı isə nümunəvi model kimi YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Qeyri-maddi mədəni irs üzrə Komitənin müvafiq qərarından qəzəblənən Ermənistan nümayəndə heyəti çıxış edərək Komitəyə, Qiymətləndirmə Orqanına, eləcə də Azərbaycan nümayəndə heyətinə qarşı saxta bəyanatlar verməyə cəhd edib, Azərbaycan mediasında həqiqətə uyğun olmayan məlumatların yayıldığını bildirərək, Azərbaycan tərəfini məsələnin siyasiləşdirməsində ittiham edib.

Azərbaycan nümayəndə heyəti adından çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Ermənistanın həmişə olduğu kimi, yenidən təxribata, Köçərinin YUNESKO tərəfindən qəbul edilməməsini gizlətmək üçün həmişə olduğu kimi Azərbaycanı provokasiya və şantaja əl atdığını bildirib.

V.Eyvazzadə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə pislənildiyinə baxmayaraq Ermənistan Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlayır. O bildirib ki, Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüquqa, YUNESKO-nun müvafiq konvensiyasının prinsiplərinə və Komitəyə hörmət edir.

Keçən il də Ermənistan tərəfindən Komitə qərarının təhrif edilməsi kimi analoji addımın atıldığını Komitə iştirakçılarına xatırladaraq, V.Eyvazzadə Ermənistanın YUNESKO-ya Köçəri faylının təqdim etməsinin Azərbaycanın qədim regionu olan Naxçıvana olan işğalçılıq iddiaları ilə bağlı olduğunu diqqətə çatdırıb və çıxışının yekununda Ermənistan tərəfinin dialoq, sosial həmrəylik və qarşılıqlı hörməti təşviq edən Konvensiyaya riayət etməyə çağırıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2464493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR