Respublika çempionatında 300-dən artıq karateçi qüvvəsini sınayacaq

Respublika çempionatında 300-dən artıq karateçi qüvvəsini sınayacaq
12:38 3 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 4-5-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyası Assosiasiyası və Milli Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə yeniyetmə və gənclər arasında 16-cı, böyüklər arasında isə 23-cü respublika çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, respublikanın müxtəlif bölgələrindən 300-dən artıq karateçinin iştirak edəcəyi yarışın baş hakimi beynəlxalq dərəcəli hakim, federasiyanın hakimlər komitəsinin sədri Cahangir Babayev olacaq.
Yarışın açılış mərasimi dekabrın 4-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR