Bakıda idman gimnastikası və akrobatika üzrə birgə Azərbaycan birinciliyi start götürüb

Bakıda idman gimnastikası və akrobatika üzrə birgə Azərbaycan birinciliyi start götürüb
12:48 3 Dekabr 2015
47 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

Milli Gimnastika Arenasında idman gimnastikası və akrobatika gimnastikası üzrə Birgə Azərbaycan Birinciliyi start götürüb.

Trend-in məlumatına görə, yarışlar 3 gün davam edəcək.

Bu gün yarışlarda Bakı Gimnastika Məktəbi, “Neftçi” idman klubu və Nizami rayonu idman məktəbini təmsil edən akrobatlar iştirak edəcəklər. Kişi və qarışıq cütlüklərin, kişi və qadın qruplarının tərkibinə daxil olan 12-18 yaşlı akrobatlar balans, temp və qarışıq hərəkətləri nümayiş etdirəcəklər. 11-16 yaş kateqoriyasına aid olan qadın qrupları və cütlükləri isə yalnız balans və temp hərəkətlərini icra edəcəklər. Turnirdə ümumilikdə 43 gimnast iştirak edəcək.

Növbəti gün akrobatlardan sonra Olimpiya idman növü olan qadın idman gimnastikası təmsilçilərinin yarışı baş tutacaq. “Balacalar” (2003-2005), “uşaqlar” (2006-2007), “kiçiklər” (2008-2009), həmçinin "yeni başlayanlar” (2008-2010) yaş kateqoriyasına daxil olan qızlar çoxnövçülükdə mübarizə aparacaqlar. Bakı Gimnastika Məktəbi, “Neftçi” və “Ocaq Sport” klubu öz yetirmələrini bütün turnir boyu dəstəkləyəcəklər.

Qeyd edilən cəmiyyətlərdən olan azarkeşlərin sırasına təkcə Respublika Olimpiya İdman liseyinin deyil, Sumqayıt və Balakən nümayəndələri də qoşulacaqlar, çünki bu cəmiyyətlər və bölgələrdən olan oğlanlar öz çıxışlarına dekabrın 5-i başlayacaqlar. Gənclər (1998-2000), yeniyetmələr (2001-2002), balacalar (2003-2004), uşaqlar (2005-2006) və kiçiklər (2007-2008) də çoxnövçülük üzrə mükafatlandırılacaqlar.

Ümumilikdə idman gimnastikası üzrə kişilər və qadınlar arasında 62 idmançı çıxış edəcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2464499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR