Araz Abdullayev: "Meydana çox istəkli çıxmışdım"

Araz Abdullayev: "Meydana çox istəkli çıxmışdım"
12:52 3 Dekabr 2015
13 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin futbolçusu Araz Abdullayev uzun müddət sonra zədədən dönüb. Fanat.az xəbər verir ki, “Qarabağ”la sentyabrın 26-da keçirilən oyunda zədələnmiş yarımmüdafiəçi Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan “Qaradağ Lökbatan”la görüşdə məhsuldar ötürmə ilə yadda qalıb. 


Matçın 59-cu dəqiqəsində meydana çıxan Araz Abdullayev bundan 3 dəqiqə sonra Elşən Abdullayevin qol vurması üçün gözəl ötürmə edib. Futbolçu oyundan sonra "Neftçi TV"yə danışıb:


"Neftçi” azarkeşlərini təbrik edirəm. Zədə üzündən çoxdandır oynamırdım. Bu günkü oyunda mənə şans verdiyinə görə baş məşqçiyə minnətdarlığımı bildirirəm. Meydana çox istəkli çıxmışdım. Komandamız hesabda öndə idi, buna görə də daha rahat oynadım. Qarşıdan “Zirə” ilə oyun gəlir. Çalışacağıq ki, bu matçda da maksimum nəticə qazanaq".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-araz-abdullayev-quotmeydana-cox-istkli-cxmdmquot-t45895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR