"Zəif oyun olmur, zəif hazırlıq olur"

"Zəif oyun olmur, zəif hazırlıq olur"
12:52 3 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Əsgər Abdullayevin rəhbərlik etdiyi "Neftçi" Azərbaycan Kubokunun 1/8 final mərhələsində inamlı qələbə qazanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Neftçi" bu mərhələdə I Divizion təmsilçisi "Qaradağ Lökbatan"ı 8 cavabsız qolla məyus etdiyi qarşılaşmanın ardından hər iki komandanın baş məşqçiləri fikirlərini bildirdilər.

"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev: "Zəif oyun olmur, zəif hazırlıq olur. Biz komandanı oyuna kökləyə bildik və qələbə qazandıq. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər".

"Qaradağ Lökbatan"ın məşqçisi Araz Əliyev: "Oyun barədə artıq nəsə danışmağa ehtiyac yoxdur. "Neftçi" qələbə qazandı, onlara uğurlar arzu edirəm. "Neftçi" həmişə kubok və çempionluq üçün mübarizə aparıb". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/387237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR