Qubadlılı məcburi köçkünlərlə görüş

Qubadlılı məcburi köçkünlərlə görüş
13:03 3 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 3 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 
Sumqayıt şəhərində 12-ci mikrorayonda fəaliyyət göstərən Qubadlı rayon Çaytumas kənd tam orta məktəbində Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov vətəndaşlarla səyyar qəbul keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə 11-ci və 12-ci mikrorayonda və Dəmiryolu vağzalının ətrafında məskunlaşan məcburi köçkünlər iştirak ediblər. Onları narahat edən problemlər dinlənilib və bir çoxu yerindəcə öz həllini tapıb.
Məcburi köçkünlərdən Eldar Xanlaroğlu, Savalan İmanov, Nizami Rzayev və başqaları Nardaranda baş vermiş hadisələri pisləyərək, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər. Onlar dövlətimizin başçısının rəhbərliyi ilə tezliklə əzəli torpaqlarına qayıdacaqlarına əminlik ifadə ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR