Bakıya sulu qar yağacaq - Sabahın havası

Bakıya sulu qar yağacaq - Sabahın havası
13:04 3 Dekabr 2015
48 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 4-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək, havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi, günün ikinci yarısından yağışın tədricən kəsiləcəyi gözlənilir.          

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 5-7 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək, güclü qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə,  gündüz 5-10 dərəcə, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR