"Coca-Cola"nın uduş kampaniyasının qalibi avtomobil qazanıb

"Coca-Cola"nın uduş kampaniyasının qalibi avtomobil qazanıb
13:08 3 Dekabr 2015
275 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
"Coca-Cola" şirkətinin Yeni il aksiyası çərçivəsində keçirdiyi uduş kampaniyasının növbəti qalibi Esmira Əliyeva "Volkswagen Polo" avtomobili qazanıb.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, kampaniya çərçivəsində gələn il yanvarın 6-dək 2 və ya 2,5 litrlik "Coca-Cola" və ya "Fanta Portağal", yaxud 2 litrlik "Sprite" alan hər kəs avtomobil udmaq şansı qazanacaq. "Coca-Cola", "Fanta Portağal" və ya "Sprite"ın qızılı qapağının altındakı unikal kodu istənilən mobil rabitə operatorunun şəbəkəsi vasitəsilə 7676 nömrəsinə pulsuz SMS göndərərək hər bir şəxs uduş kampaniyasında iştirak edə bilər. Kampaniya müddətində hər həftənin çərşənbə günü keçiriləcək lotereyada "Volkswagen Polo" avtomobili oynanılır. Bundan başqa, kampaniya iştirakçıları yüz minlərlə 1 litrlik "Coca-Cola" qazana bilərlər.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotCoca_Cola_quotnin_udus_kampaniyasinin_qalibi_avtomobil_qazanib-907814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR