Akademik Milli Dram Teatrının direktoru beynəlxalq konfransda məruzə ilə çıxış edib

Akademik Milli Dram Teatrının direktoru beynəlxalq konfransda məruzə ilə çıxış edib
13:08 3 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq konfransda “Teatr öldü, yaşasın teatr” adlı mühazirə ilə çıxış edib, müasir teatrın uğurları, problem və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konfransda teatr direktorunun tələbə və magistrantlar üçün ustad dərsləri təşkil olunub, “Teatr sənəti - dünən, bu gün, sabah” mühazirəsi dinlənilib.
Beynəlxalq tədbir çərçivəsində İ.İsrafilov Qazaxıstan teatrlarının rəhbərləri ilə gələcək əməkdaşlıqla bağlı danışıqlar aparıb, qarşılıqlı yaradıcı bəhrələnmənin perspektivlərini müzakirə edib.
Qeyd edək ki, Almatıda keçirilən beynəlxalq konfrans Qazaxıstan Milli İncəsənət Akademiyasının təşkilatçılığı ilə baş tutub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Akademik_Milli_Dram_Teatrinin_direktoru_beynelxalq_konfransda_meruze_ile_chixis_edib-907812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR