Prezident Kamal Abdullanı “Şöhrət” ordeni ilə təltif etdi

Prezident Kamal Abdullanı “Şöhrət” ordeni ilə təltif etdi
13:16 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev professor Kamal Abdulla ilə bağlı sərəncam imzalayıb.

Axşam.az-ın məlumatıan görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə Kamal Mehdi oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Kamal Abdullanın sabah 65 yaşı olacaq. O, 4 dekabr 1950-ci ildə Bakıda dünyaya göz açıb. K.Abdulla hazırda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviridir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR