Kamal Abdulla "Şöhrət" ordeni aldı

Kamal Abdulla "Şöhrət" ordeni aldı
13:16 3 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Kamal Abdullayev təltif edildi. ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram.
Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə Kamal Mehdi oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilsin".

Kamal Abdulla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Bakı Slavyan Universitetinin sabiq rektoru (2000-2014), dilşünas, ədəbiyyatşünas, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü(18 iyul 2014-cü ildən), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədridir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR