​KİV: "Rusiyanın bombardmanı nəticəsində Suriyada 25 dinc sakin ölüb, 10 TIR yanıb"

​KİV: "Rusiyanın bombardmanı nəticəsində Suriyada 25 dinc sakin ölüb, 10 TIR yanıb"
13:37 3 Dekabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Rusiyaya aid döyüş təyyarələrin Suriyanın Hələb şəhərinin şimal hissənidə yerləşən iki yaşayış məntəqəsini bombalamsı nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 25 dinc sakin həlak olub, humanitar yardım daşıyan 10 TIR yanıb.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda yerli mülki özünü müdafiə qüvvələri məlumat yayıb.
Məlumata görə, Rusiya təyyarələri Hələbin İhris və Kafr Nasih yaşayış məntəqələrini bmbalayıb. Hər iki yaşayış məntəqəsi Bəşşar Əsəd rejiminə müxalif olan qüvvələrin və İŞİD-ə qarşı savaşan özünümüdafiə birliklərinin nəzarəti altındadır.
Məlumata əsasən, bombardman nəticəsində çoxlu sayda insan yaralanıb. Onlar Suriyanın Azez və Tel Rıfat rayonlarındakı səhra xəstəxanalarına yerləşdiriliblər, ağır yarlılar isə Türkiyə aparılıb.
Yerli Əlaqələndirmə Komitəsinin təmsilçisi Mustafa Əbu Raşid isə baş verənlərlə bağlı deyib: "Son günlər ruslar Hələbin şimalında "PYD" (terrorçu PKK-nın Suriyadakı qolu - "Report") və İŞİD-ə havadan açıq-aşkar dəstək verir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR