"Ən yaxşı müəllim" müsabiqəsində iştirak etmək üçün 600 müəllim müraciət edib

13:42 3 Dekabr 2015
49 Sosial
Ölkə mətbuatı
A- A+

Müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək üçün təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində nazirliyin müvafiq struktur bölmə rəhbərləri təmsil olunur.
Müsabiqələrin ilk mərhələsində verilən sənədlərin ekspertizası həyata keçirilib, nəticədə müvafiq bal toplayan 76 məktəb və 143 müəllim müsabiqənin növbəti mərhələsinə buraxılıb.
"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin növbəti mərhələsinə buraxılan məktəb direktorları Təhsil Nazirliyində yaradılan Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edərək 10 ballıq sistemlə qiymətləndiriliblər.
"Ən yaxşı müəllim" müsabiqəsinin ikinci mərhələsinə vəsiqə qazanan müəllimlər Bakının 50 məktəbində sınaq-nümunə dərsləri keçib. Dərslərdə iştirak edən müsabiqə komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib.
Üçüncü mərhələdə həmin müəllimlər Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edirlər. Bu təqdimat da 10 ballıq sistemlə qiymətləndirilir.
Yekunda bütün mərhələlər üzrə ballar toplanacaq və ən çox bal toplayan 47 məktəb 95 müəllim müsabiqənin qalibi elan olunacaq. Analoji proses Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir. Burada seçilən 3 ən yaxşı məktəb və 5 ən yaxşı müəllim müsabiqə qaliblərinin sırasına əlavə ediləcək və beləliklə, 2015-ci ildə respublika üzrə 50 məktəb, 100 müəllim qalib elan olunacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/en-yaxsi-muellim-musabiqesinde-istirak-etmek-ucun-600-muellim-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR