Putin: "Türkiyə rəhbərliyinin ağlını Allah alıb"

Putin: "Türkiyə rəhbərliyinin ağlını Allah alıb"
13:42 3 Dekabr 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

"Allah Türkiyənin rəhbərliyinin ağlını əlindən alaraq onları belə cəzalandırmaq qərarına gəlib. Onların niyə belə etdiklərini hələ də anlaya bilmirəm".
Rusiya prezidenti Vladimir Putin ölkənin Federal Məclisinə müraciətində belə deyib. O, Rusiyanın Su-24 bombardmançısının Türkiyə Hərbi-Hava Qüvvələrinin F-16 qırıcıları tərəfindən vurulmasını şərh edib.
"İstənilən problemləri tamamən ənənəvi şəkildə həll etmək olardı. Amma görünür, Allah Türkiyədə hakimiyyətdə olan adamların ağıllarını və şüarlarını əllərindən alaraq onları belə cəzalandırıb. Təyyarəmizi vurduğuna görə Türkiyəni peşman edəcəyik. Rusiya düşünülmüş, konstruktiv şəkildə davranacaq. Kimsə bizdən əsəbi, isterik, bütün dünya üçün təhlükəli reaksiya gözləməsin", - V.Putin deyib.
 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR