"Bilirik ki, Türkiyədə kim terrorçulara pul qazanmağa kömək edir" - Putin

"Bilirik ki, Türkiyədə kim terrorçulara pul qazanmağa kömək edir" - Putin
13:54 3 Dekabr 2015
52 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya Türkiyə ilə regional təhlükəsizliyə dair ən həssas məsələlərdə əməkdaşlıq etməyə hazır idi”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir PutinFederal Məclisə müraciətində bildirib. 

 
Putin Türkiyə rəhbərliyini terrorçulara dəstək verməkdə günahlandırıb: “Bununla belə Türkiyə xalqı bizə dost xalqdır. Mən hələ də anlaya bilmirəm ki, nəyə görə Türkiyə bu addımı atıb. Təkcə Allah bilir Türkiyə bunu niyə edib. Biz bilirik ki, Türkiyədə kim öz ciblərini doldurur, terrorçulara pul qazanmağa kömək edir. Bununla belə Türkiyə xalqı mehriban, əməksevər və istedadlı xalqdır. Bizim Türkiyədə çoxlu köhnə dostlarımız var. Qeyd etmək istəyirəm ki, biz onlarla Türkiyə iqtidarını eyniləşdirmirik. Türkiyə iqtidarı Suriyada hərbçilərimizin ölümünə görə birbaşa məsuliyyət daşıyır”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223785

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR