Putin: "Yaxın Şərqin bir vaxtlar sabit ölkələri indi dağıdılıb və biz bunun arxasında kimin dayandığını bilirik"

Putin: "Yaxın Şərqin bir vaxtlar sabit ölkələri indi dağıdılıb və biz bunun arxasında kimin dayandığını bilirik"
13:57 3 Dekabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin terrorizmlə mübarizə aparan rusiyalı hərbi xidmətçilərə təşəkkür edib.
"Report" xəbər verir ki, V.Putin Federasiya Şurasına illik müraciətində bu barədə danışıb.
Rusiya prezidenti bildirib ki, Rusiya terrorun nə olduğunu çoxdan bilir. Bu baxımdan, o, Rusiyada törədilmiş terror aktlarını qeyd edib: "Bir ölkənin səyləri ilə terrorizmə qalib gəlmək mümkün deyil. Terrorizm təhlükəsi artır".
Yaxın Şərqdəki durumu dəyərləndirən Putin "Yaxın Şərqin bir vaxtlar sabit ölkələri indi dağıdılıb və biz bunun arxasında kimin dayandığını bilirik" deyib.
Prezident bu terrorçuları ilk növbədə ölkə xaricində qarşılamaq lazım olduğunu və bu səbəbdən Suriyaya ordu göndərilməsinə qərar verildiyini deyib. O, bildirib ki, rus qoşunları Suriyada ilk öncə Rusiya üçün döyüşür. V.Putinin sözlərinə görə, terrorçuları Rusiya sərhədindən uzaqda məhv etmək lazımdır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/putin-yaxin-serqin-bir-vaxtlar-sabit-olkeleri-indi-dagidilib-ve-biz-bunun-arxasinda-kimin-dayandig

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR