Bakı qətliamını törədəndən Türkiyə və Rusiyaya müraciət

Bakı qətliamını törədəndən Türkiyə və Rusiyaya müraciət
14:01 3 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Mixail Qorbaçov Türkiyə və Rusiyanı dialoqa çağırıb.

ANS PRESS-in məlumatına görə, Qorbaçov bildirib ki, Rusiya təyyarəsinin vurulması iki ölkə üçün də itkilərlə nəticələnəcək.

"Belə bir hadisənin baş verməsinə təəssüflənirəm. Mənim dövrümdə də əlaqələrin yüksək inkişafı üçün çox işlər görülüb. Son illərdə də ölkələrin iqtisadi və siyasi əlaqələri inkişaf edirdi”.

Qorbaçovun sözlərinə görə, iki ölkə arasında gərginlik Avropa və Yaxın Şərqin təhlükəsizliyi üçün də problemlər yaradacaq.

“İlk mərhələdə dialoqa nail olmamaq təbiidir. Amma bu münasibətləri aradan qaldırmaq üçün yollar axtarmaq lazımdır”,- deyə Qorbaçov bildirib.


Mixail Qorbaçov - Sovet İttifaqının keçmiş prezidenti

Mixail Qorbaçov Sovet İttifaqının birinci və sonuncu prezidentidir. 1985 – 91-ci illərdə İttifaqa rəhbərlik edən Qarbaçov yenidənqurma siyasətinin banisi olub. İttifaq dağıldıqdan sonra Nobel sülh mükafatı ilə təltif edilib. Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçılarından biridir.

Bir müddət əvvəl Qərb mətbuatında onun öldüyü barədə məlumat yayılmışıdı. Mixail Qorbaçovun səhhəti bir neçə dəfə qəfil pisləşib.

Qorbaçov sentyabr ayında ağır vəziyyətdə təcili olaraq Moskvadakı klinikalardan birinə yerləşdirilmişdi. Bundan əvvəl, iyulun ortalarında onun beynində və ürəyində yaranan problemlərə görə qismən iflic olması barədə xəbərlər yayılmışdı. 84 yaşlı Qorbaçov son zamanlar daim xarici ölkələrdə müalicə kursu keçir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366321

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR