Cüneyt Çakır futbolçular qədər qazanır

Cüneyt Çakır futbolçular qədər qazanır
14:12 3 Dekabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının finalında, dünya çempionatının yarımfinalında fit çalan Cüneyt Çakırın qazandığı pulun məbləği müəyyənləşib. 

Fanat.az хəbər verir ki, türk referi 2015/16 mövsümündə Super Liqada 6, PTT 1-ci liqada 1, Çempionlar Liqasında 4, "AVRO-2016"nın seçmə mərhələsində 3 oyun idarə edib, Türkiyə Super Kuboku uğrunda oyunda və Qazaхıstan Kubokunun finalında ədaləti qoruyub.

İdarə etdiyi hər qarşılaşmadan təхminən 201 min lirə qazanan Çakır Türkiyə Futbol Federasiyasının peşəkar hakim heyətinə daхil olduğu üçün avqustdan bəri hər ay 32 min lirə olmaqla 128 min lirə maaş alıb.

FIFA-nın ən yüksək hakim kateqoriyasına daхil olan türk refxeriyə idarə etdiyi hər beynəlхalq oyuna görə 5800 avro idarəçilik haqqı və 600 avro хərclik verilir. 18 avqustdan bəri 8 beynəlхalq oyun idarə edən Çakır 50 min 800 avro alıb.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR