"İncilər" verilişinin aparıcısı Samirə Rəhimova ana olmağa hazırlaşır.
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Samirə "Hər şey daxil" verilişində qonaq olarkən bu haqda danışıb. O, oğul anası olacağını qeyd edib. 2016-cı ildə dünyaya gələcək övladına qaynatasının adını veriləcəyini bildirib.
Xatırladaq ki, Samirə ötən il psixoloq Kənan Rəhimovla ailə həyatı qurub.
Milli.Az