Türkiyə: "Rusiya verməz, Azərbaycandan alarıq"

Türkiyə: "Rusiya verməz, Azərbaycandan alarıq"
14:12 3 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

"Ölkənin təbii qaz təminatını normada saxlamaq, Rusiyanın "mavi yanacaq"la bağlı bizə sanksiyalar tətbiq edəcəyi halda yarana biləcək problemlərin sayını minimuma endirmək üçün Azərbaycanla Türkmənistandan təbii qaz alışı ilə bağlı anlaşmalar imzalaya bilərik. Rusiya verməz, Azərbaycandan alarıq".

Milli.Az DHA-ya istinadən bildirir ki, Türkiyənin baş nazirinin yardımçısı, hökumət sözçüsü Numan Kurtulmuş TGRT telekanalındakı "Neler Oluyor" proqramında belə deyib.

O bildirib: "Təbii qaz təminatında böhranlı situasiyanın yaranmaması üçün ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə olarkən bu ölkədən maye qaz idxalını nəzərdə tutan müqavilə imzalayıb. Azərbaycan və Türkmənistandan da təbii qaz, neft idxalı ilə bağlı bir sıra müqavilələr bağlaya bilərik. Təbii qaz və neft baxımından ixracdan asılı ölkədir. İnşallah, təbii qazla bağlı böhran yaranmayacağına ümid edirəm. Amma böhran olarsa, problemlərin həlli üçün zəruri tədbirlər planını indidən hazırlamışıq".

Türkiyənin coğrafi mövqeyinin önəmindən danışan N.Kurtulmuş daha sonra söyləyib: "Bu böhranları bir tərəfə qoyun və bir anlıq düşünün: Dünyanın harasından olursa-olsun, kim təbii qazını Avropaya nəql etmək istəyirsə, Türkiyə ərazisindən yararlanmaq məcburiyyətindədir. Türkiyə enerji terminalı yox, bir enerji paylama mərkəzinə çevrilmə potensialına malikdir. Ən çətin şərtlər yaransa da, heç bir ölkə Türkiyənin imkanlarını qulaqardına vura bilməz. Bizimlə əməkdaşlıq etmək istəməsələr, özləri zərər çəkəcəklər. Xam neft və ya təbii qazını Avropa Birliyi bazarına çıxarmaq istəyən ölkələr maliyyə məsələlərini, gəlirləri düşünməlidir".
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR