2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı təsdiq edilib

2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı təsdiq edilib
14:18 3 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, Qərara əsasən Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin edəcək.
Tədbirlər Proqramının məqsədi vaksinasiya ilə qarşısı alına bilən yoluxucu xəstəliklərin profilaktikasının yaxşılaşdırılması, körpə və uşaq ölümünün səviyyəsinin aşağı salınmasıdır.
Proqramın əsas vəzifələri respublikada bütün uşaqların peyvəndlərlə vaxtında və tam əhatə olunması, immunlaşdırma tədbirlərinin təhlükəsizliyinin təmin edilməsi və keyfiyyətinin artırılması, bu tədbirlərin monitorinqinin təmin olunması və davamlı maliyyələşdirilməsi, keyfiyyətli peyvənd materialları və avadanlıqla təchizatın yaxşılaşdırılması, immunoprofilaktika sahəsində kadr hazırlığının təkmilləşdirilməsi, immunlaşdırma tədbirlərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə əhali arasında maarifləndirmə işinin aparılmasıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR