Azərbaycan ilə Latviya arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan ilə Latviya arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq memorandumu imzalanıb
14:18 3 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Latviyanın rifah naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Latviya ilə Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin dostluq münasibətləri əsasında daim inkişaf etdiyini, Latviya nümayəndə heyətinin bu səfərinin əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişafı üçün imkan yaratdığını bildirib. S.Müslümov dünyada yaşanan dərin böhran proseslərinə baxmayaraq, Prezident İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik və dinamik inkişafın davam etdiyini diqqətə çatdırıb: “Ölkədə uğurlu iqtisadi şaxələndirmə siyasəti qeyri-neft sektorunun ümumi daxili məhsulda 70 faizə çatmasına imkan verib və bu sektorun genişlənməsi qeyd olunan dövrdə əksəriyyəti daimi olan 1,4 milyon iş yerinin açılması və işsizliyin 4,9 faizə enməsi ilə nəticələnib”.
Nazir bildirib ki, Azərbaycanda məşğulluq imkanlarının artması, yaşayış səviyyəsinin yüksəlməsi son on ildə ölkəmizə daimi yaşamaq üçün gələnlərin sayının respublikamızdan daimi yaşamaq üçün başqa ölkələrə gedənlərin sayını xeyli üstələməsinə səbəb olub: “Təsadüfi deyil ki, Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, “yuxarı orta gəlirli” ölkələr qrupuna və BMT İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupuna daxil edilib”.
S.Müslümov ölkənin iqtisadi inkişafının sosialyönümlü olduğunu və iqtisadi dividentlərin ilk növbədə sosial sahəyə və insan kapitalının inkişafına yönəldiyini, bütün sosial proqramların icrasının uğurla davam etdirildiyini diqqətə çatdırıb: “Sosial sahənin prioritet təşkil etməsinin nəticəsi olaraq sosialyönümlü xərclərə ayrılan dövlət vəsaitləri ilbəil artırılır. Məsələn, ötən il dövlət büdcəsindən bu xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərcləri üçün 12,6 faiz çox vəsait ayrılıb. Bu müsbət tendensiya cari ildə də davam edib. Ölkənin gələn ilki dövlət büdcəsi də sosialyönümlü büdcədir, onun 36,1 faizi sosial məqsədlər üçündür, sosial sahə üzrə vəsait ayırmaları sabit saxlanılmaqla, bir çox istiqamətlərdə sosial ayırmalar üçün vəsaitin artırılması nəzərdə tutulub”.
Nazir qeyd edib ki, 2000-ci ildə BMT-nin qəbul etdiyi və Azərbaycan da daxil olmaqla 147 ölkənin tərəfdar çıxdığı Minilliyin İnkişaf Məqsədlərindən biri də 2015-ci ilə qədər yoxsulluğun azaldılmasıdır: “Azərbaycanda yoxsulluq səviyyəsi qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizə enib. Bununla belə, ölkə iqtidarının müəyyən etdiyi mühüm vəzifələrdən biri ölkədə yoxsulluğun tam aradan qaldırılmasıdır”.
S.Müslümov ölkəmizdə insan resurslarının inkişafı, aktiv məşğulluq tədbirləri, gənclərin məşğulluğu, işçi qüvvəsinin keyfiyyətcə yüksəldilməsi, sosial qanunvericiliyin təkmilləşdirilməsi sahəsində aparılan işlərdən bəhs edib. Nazir son illərdə əmək və sosial təminat, eləcə də tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin innovativ texnologiyalar əsasında yenidən qurulması, əhali üçün şəffaf və daim əlçatan, müasir xidmətlər sisteminin yaradılması məqsədilə aparılan islahatlara da toxunub. Bu sahələrdə görülən işlərdə beynəlxalq əməkdaşlıq müstəvisində dünya təcrübəsinin öyrənilməsinə xüsusi önəm verildiyi vurğulanıb: “Nazirlik 20-dən artıq ölkənin aidiyyəti qurumları və mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinə malikdir. Onlarla indiyədək 30-dan çox əməkdaşlıq sənədi imzalanıb. Hesab edirik ki, Latviya ilə də müvafiq sahələrdə əməkdaşlıq sənədinin imzalanması hər iki tərəf üçün faydalı olacaq və ölkələrimizdə aparılan siyasətlərə öz töhfəsini verəcək”.
U.Augulis ölkəsinin daim inkişaf edən Azərbaycanla bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlı olduğunu və bunun üçün səylərin göstərildiyini vurğulayıb. Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahat tədbirlərinin təqdirəlayiq olduğunu qeyd edən U.Augulis Latviyanın əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində təcrübəsi barədə məlumat verib. O, qeyd olunan sahələrdə hər iki nazirlik üçün ortaq maraq kəsb edən məsələlərin mövcud olduğunu bildirib, aidiyyəti fəaliyyət sahələrində əməkdaşlıq əlaqələrinin, təcrübə və məlumat mübadilələrinin aparılmasının əhəmiyyətli olacağını fikirlərinə əlavə edib.
Daha sonra nazirlər “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Latviya Respublikasının Rifah Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Memorandum”u imzalayıblar.
Memorandum əmək, məşğulluq, sosial müdafiə sahələrində qanunvericiliyin təkmilləşdirilməsi, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun dəstəklənməsi, insan resurslarının planlaşdırılması və inkişafı, əmək bazarının monitorinqi və proqnozlaşdırılması, peşə və ixtisas standartlarının hazırlanması və tətbiqi sahələrində əməkdaşlıq istiqamətlərini nəzərdə tutur. Sənəddə həmçinin işsiz və işaxtaran vətəndaşlar üçün peşə hazırlığı sisteminin təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin sosial problemlərinin və məşğulluq məsələlərinin həlli, onların peşə reabilitasiyasının təşkili, gənclərin məşğulluğu, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi, sosial xidmətlər, sosial tərəfdaşlıq sisteminin inkişafı və digər əməkdaşlıq istiqamətləri əksini tapır.
Memoranduma uyğun olaraq əməkdaşlıq əmək, məşğulluq, sosial müdafiə sahələrində qanunvericiliyin və normativ sənədlərin, sosial-əmək məsələləri üzrə analitik-informasiya materiallarının və elmi tədqiqatların nəticələrinin mübadiləsi, tərəflərin ekspertləri arasında məsləhətləşmələr və s. formalarda həyata keçiriləcək. Sənəddəki müddəaların həyata keçirilməsi məqsədilə tərəflərin ictimai əsaslarla işçi qrupları yaratmaları da nəzərdə tutulur.
Tədbirin sonunda mətbuat üçün brifinq keçirilib.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı

24 Sentyabr 2017 14:24

Gürcüstan və Ermənistan Kür çayına məişət tullantıları axıdır - Nazirlik

24 Sentyabr 2017 14:23

Londondakı hücumla bağlı 15 yaşlı gənc saxlanılıb

24 Sentyabr 2017 14:18

Tramp Koreyanı hədələdi: "TAB GƏTİRƏ BİLMƏYƏCƏKSİZ"

24 Sentyabr 2017 14:14

Sumqayıtda 2 otaqlı ev yandı

24 Sentyabr 2017 14:12

Azərbaycanda yerin altından saray tapıldı - FOTOLAR

24 Sentyabr 2017 14:08

Daha bir klubdan Fatih Terimə təklif

24 Sentyabr 2017 14:07

“CBC Sport”un rəhbəri keçmiş xanımı ilə ikinci dəfə evləndi - FOTO

24 Sentyabr 2017 14:07

Benzema avtomobil qəzasına düşdü - FOTO

24 Sentyabr 2017 13:59

ABŞ-ın nüfuzlu saytında Azərbaycan diplomatının Qarabağla bağlı məqaləsi dərc olunub

24 Sentyabr 2017 13:58

Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı

24 Sentyabr 2017 13:56

Son 5 il ərzində 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub

24 Sentyabr 2017 13:47

Almaniya seçkilərində Qomisə səs verdilər - FOTO

24 Sentyabr 2017 13:47

Yaponların uşaqlarınızı dahiyə çevirəcək - 10 QIZIL QAYDASI

24 Sentyabr 2017 13:43

DTX-nın Mədəniyyət Mərkəzində “Klassik Yoqa Məktəbi”nin açılışı olub

24 Sentyabr 2017 13:37

"Topaz"da bu gün

24 Sentyabr 2017 13:37

“eTopaz”da günün canlı oyunları

24 Sentyabr 2017 13:37

Sünnət edilən rus çarı - Alman qızını 34 il çariça edəcək PLAN

24 Sentyabr 2017 13:33

İrandan İKRH-nə böyük şok

24 Sentyabr 2017 13:32

Bakıda gecə klubunda 24 yaşlı qızı döydülər

24 Sentyabr 2017 13:19

Mədət Quliyev: "Son illər reket jurnalistika ilə məşğul olanların sayı çoxalıb"

24 Sentyabr 2017 13:12

Bakıda gənc bacısı ilə yazışan oğlanı doğradı

24 Sentyabr 2017 13:12

DTX rəisi: Gənclərin səhv yollara düşməməsi üçün müvafiq işlər aparılır

24 Sentyabr 2017 13:03

Sabah hava necə olacaq?

24 Sentyabr 2017 13:03

Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib

24 Sentyabr 2017 13:03

DTX sədri: "Azərbaycan İŞİD-ə qoşularaq ölən vətəndaşların azyaşlı övladlarının geri qaytarılması üçün iş aparır"

24 Sentyabr 2017 13:02

Dövlətə xəyanət etmiş hərbçilərlə bağlı YENİ XƏBƏR

24 Sentyabr 2017 12:54

ABŞ kosmosa casus peyk buraxdı

24 Sentyabr 2017 12:54

DTX rəisi: “Azərbaycanda teror planlaşdıranların qarşısı alınır”

24 Sentyabr 2017 12:49

Mədət Quliyev: "Azərbaycanda terrora cəhd hazırlığı görən xeyli sayda şəxs zərərsizləşdirilib"

24 Sentyabr 2017 12:47

İŞİD-ə qoşulmuş azərbaycanlılardan 300 nəfəri ölüb - RƏSMİ

24 Sentyabr 2017 12:44

Bakıda məşhur restoranda ölüm

24 Sentyabr 2017 12:43

Mədət Quliyev: "İraqda 300-ə yaxın azərbaycanlı öldürülüb"

24 Sentyabr 2017 12:42

Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı

24 Sentyabr 2017 12:34

1 həftə əvvəl ana olan qızına təcavüz etdi

24 Sentyabr 2017 12:34

Ata avtobusdan düşüb qaçan 17 yaşlı qızını axtarır - BAKIDA

24 Sentyabr 2017 12:29

Azərbaycan Prezident “Neftçala” yarımstansiyasının açılışını edib

24 Sentyabr 2017 12:27

Prezident Neftçala Xəstəxanasının yenidənqurmadan sonrakı şəraiti ilə tanış olub

24 Sentyabr 2017 12:24

NATO konvoyuna hücum edildi

24 Sentyabr 2017 12:21

Prezident Neftçala Sənaye Məhəlləsinin açılışını etdi

24 Sentyabr 2017 12:19

Məşhur futbolçunun arvadı bütün sirrləri açıqladı - FOTOLAR

24 Sentyabr 2017 12:17

Xəstəliyə yoluxmuş meyvələrin Rusiyaya aparılmasına icazə verilmədi

24 Sentyabr 2017 12:14

İrəvanda böhran: ət kəskin bahalaşır

24 Sentyabr 2017 12:13

Bu gün voleybolçu qadınların Avropa çempionatında daha 7 qrup oyunu keçiriləcək

24 Sentyabr 2017 12:12

Sabaha olan hava proqnozu

24 Sentyabr 2017 12:11

Həftənin ilk günündə Bakıda payız havası olacaq - PROQNOZ

24 Sentyabr 2017 12:09

Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq

24 Sentyabr 2017 12:02

Prezident İlham Əliyev Neftçala rayonuna səfərə gəlib

24 Sentyabr 2017 11:59

"Qarabağ" və rəqibləri: hamısı qələbə qazandı - VİDEO

24 Sentyabr 2017 11:57

Prezident İlham Əliyev Neftçala rayonuna səfərə gəlib

24 Sentyabr 2017 11:52