Latviya nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Latviya nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:22 3 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycana rəsmi səfərə gələn Latviya Respublikasının rifah naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil qoyub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görkəmli oftolmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanını ziyarət edib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Azərbaycan övladlarının məzarları üzərinə gül-çiçək dəstələri, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Şəhərin yüksək nöqtəsindən Bakının ümumi mənzərəsini seyr edən nümayəndə heyətinə paytaxtın inkişafı, tarixi memarlıq xüsusiyyətləri qorunub saxlanmaqla, burada həyata keçirilən müasir infrastruktur layihələri, görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumatlar verilib.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/387299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR