Türkiyənin Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

14:23 3 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu dekabrın 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunu və xanımı Sare Davudoğlunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyenin_Bas_naziri_Azerbaycana_resmi_sefere_gelib-907853

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR