Xaqani küçəsində təmir işləri dekabrın 7-dək uzanacaq

Xaqani küçəsində təmir işləri dekabrın 7-dək uzanacaq
14:24 3 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək "Formula 1" yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünəndən etibarən Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsində asfalt örtüyünün təmirinə bağlanıb. Təmir işlərinin dekabr ayının 2-də yekunlaşması nəzərdə tutulsa da, yeraltı qəza səbəbindən təmir işləri uzanıb.

Bu gün, dekabr ayının 3-ü gecə saatlarından etibarən isə Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol tam bağlı olacaq. Xaqani küçəsində qeyd olunan bütün təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə olan məhdudiyyətlər artıq dekabr ayının 6-dan 7-nə keçən gecə, bazar ertəsi aradan qaldırılacaq.

Qeyd edək ki, yarışdan öncə salınacaq və "Formula 1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223791

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR