İranlı qadınlar sosial şəbəkələrdə kişilərdən daha çox aktivdir

İranlı qadınlar sosial şəbəkələrdə kişilərdən daha çox aktivdir
14:33 3 Dekabr 2015
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Təmkin Cəfərov - Trend:

İran Tələbələrinin Sorğu Mərkəzinin apardığı sorğunun nəticələrinə görə, iranlı qadınlar sosial şəbəkələrdə əks cinslə əlaqə yaratmaqda kişilərdən daha çox aktivdir. Bunu İran Tələbələrinin Sorğu Mərkəzinin (İSPA) sədri xanım Raziyyə Azərniya deyib. Trend İranın İSNA agentliyinə istinadən məlumat verir ki, bu məsələ ilə bağlı cari ilin payızında İSPA-nın Xorasan Rəzəvi ofisi tərəfindən sorğu aparılıb.

Xanım R.Azərniya deyib ki, sosial şəbəkələrdə qadınların kişilərdən daha çox aktiv olmasının səbəblər kimi onların tənhalıq və darıxmaqdan yaxa qurtarmaq və qruplara qoşulmaq istəkləri göstərilir: “Sorğuda iştirak edən kişilər sosial şəbəkələrdən daha çox reklam və marketinq məqsədi ilə istifadə etdiklərini deyiblər.”

R.Azərniya bildirib ki, sorğuda iştirak edənlərin 86,1 faizi sosial şəbəkələrə əyləncə, vaxt keçirmək və maraq üçün daxil olduqlarını deyiblər: “Sorğu iştirakçılarının 46,1 faizi ictimai məhdudiyyətlərin olmamasını, 33,9 faizi qarşı cins ilə emosional və asan rabitə qurmağı və 52,3 faizi isə mövcud olan problemləri və həqiqətləri cəmiyyətdə deyə bilməmələrini sosial şəbəkələrdəki aktivliklərinə səbəb kimi göstəriblər.”

Onun sözlərinə görə, sorğu iştirakçılarının 92,5 faizi hər gün sosial şəbəkəyə daxil olduqlarını və 7,5 faizi isə həftədə bir və ya iki dəfə sosial şəbəkələrdən istifadə etdiklərini deyiblər: “Sorğuda iştirak edənlərin 31,4 faizi sosial şəbəkələrdən 30 dəqiqədən 1 saata kimi, 23,9 faizi 30 dəqiqədən az, 18,2 faizi isə 1-2 saat istifadə etdiklərini bildiriblər”.

R.Azərniya deyib ki, sorğuda iştirak edənlərin 24 faizi “gülməli əhvalatlar”, 22,6 faizi çat və 19,8 faizi isə klip və fotolara baxmaq məqsədi ilə sosial şəbəkələrdən istifadə etdiklərini bildiriblər: “Sorğu iştirakçılarının 26,9 faizi teleqram mesencerindən, 19,3 faizi Line proqramından, 15,6 faizi isə digər mesencer proqramları, o cümlədən Viber-dən istifadə edirlər.”

Qeyd edək ki, İranda bir sıra mental və dini səbəblərə görə qadınlar sosial şəbəkələrlə müqayisədə real həyatda ünsiyyət qurmaqda daha çox məhdudiyyətlərlə üzləşirlər. İranda mobil telefonlarda sosial şəbəkələrdən istifadə son illərdə xeyli artıb. İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi bir ay öncə jurnalistlərə verdiyi açıqlamasında bildirmişdi ki, teleqram mesencer şəbəkəsindən ölkədə 13-14 milyon nəfər istifadə edir. Teleqram mesencer şəbəkəsi İranda hazırda ən sevimli mobil mesencer proqramdır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2464492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR