Qubanın Zərdabi qəsəbəsindəki xüsusi internat məktəbi üçün yeni korpus tikilib

Qubanın Zərdabi qəsəbəsindəki xüsusi internat məktəbi üçün yeni korpus tikilib
14:38 3 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+


Quba, 3 dekabr, Elxan Yusifli, AZƏRTAC
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Qubanın Zərdabi qəsəbəsində yerləşən xüsusi internat məktəbinin əsaslı təmiri və yeni korpusun inşası işləri yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, yenidənqurma işlərinə 2014-cü ilin oktyabrında start verilib. Artıq tikintisi yekunlaşan ikimərtəbəli korpusda 70-dən çox şagirdin yerləşdirilməsi üçün 18 yataq otağı inşa edilib. Yeni binada kompyuter, kimya və fizika kabineti də daxil olmaqla, 14 sinif otağı şagirdlərin istifadəsinə veriləcək. Həmçinin idman və akt zalları, eləcə də çamaşırxanada son tamamlama işləri aparılır.
Təhsil müəssisəsinin elektrik sistemi tamamilə yenilənib, binada mərkəzləşdirilmiş istilik sistemi qurulub. Məktəbin istilik təchizatı üçün təbii qazla, həm də dizel yanacağı ilə işləyən qazanxana tikiləcək. Binanın fasiləsiz elektrik enerjisi ilə təminatı üçün yeni transformator quraşdırılacaq. Bununla yanaşı, məktəbdə içməli suya olan tələbatı ödəmək üçün iki ədəd 100 kubmetrlik su anbarı tikilib. İnternat məktəbinin sinif otaqlarında yeni texnoloji avadanlıqların quraşdırılması da nəzərdə tutulub. Köhnə binanın dam örtüyü və pəncərələri yenilənib.
Təmir–tikinti işlərinin 2016-ci ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulub.
Yenidənqurma işləri ilə əlaqədar təhsil müəssisəsinin 100-ə yaxın şagirdi müvəqqəti Zərdabi qəsəbəsindəki bağçaya köçürülüb.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qubanin_Zerdabi_qesebesindeki_xususi_internat_mektebi_uchun_yeni_korpus_tikilib-907860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR