"Petkim Holding" yeni şirkət yaradıb

14:47 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bu barədə Holdinqin rəsmi saytında məlumat yayılıb.
Şirkətdə mühəndislik plastikləri və yüksək texnologiyalı kimyəvi məhsullar istehsal olunacaq. Şirkət 100% Holdinqə məxsusdur.
"Petkim Holding"in baş direktoru Sadəddin Qorqud bildirib ki, yeni şirkətə mövcud sərmayələrdən əlavə 5 mln. dollar yatırılacaq.
O qeyd edib ki, holdinqin tərkibinə daxil olan 14 min ton istehsal gücünə malik "Plastik İşletme" fabrikinin aktivləri "Petkim Specialities"də istifadə olunacaq və 10 min ton tutumunda yeni avadanlıqla "Petkim Specialities"in imkanları 24 min tona çatdırılacaq.
Türkiyədə dövriyyəsi 17 mlrd. dollar olan plastik sektorunda mühəndislik plastiklərinin payının 4-5% olduğunu bildirən S.Qorqud dünyada bu sahədə böyük şirkətlərin olduğunu qeyd edib: "Türkiyə bazarında bu sahədə idxal məhsulları üstünlük təşkil edir. Buna görə də "Petkim"in bu bazarda yer alması xüsusi önəm daşıyır. Digər müəssisələrimizdə olduğu kimi, burada da sənayeçilər üçün tədarük etibarlılığı, sürətliliyi, məhsul və xidmət keyfiyyəti əsas prinsipimiz olacaq".
Qeyd edək ki, 30 may 2008-ci il tarixində keçirilmiş hərracda “Petkim Holding”in səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCAR/Turcas Enerji A.Ş." tərəfindən alınıb. 30 mart 2012-ci ildə isə “Socar Turkey Enerji A.Ş” və “SOCAR International DMCC OGG” Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin daha 10,32%-ni özəlləşdirib. Səhmlərin alınmasından sonra SOCAR-ın “Petkim”dəki payı 61,32%-ə çatıb, qalan 38,68% isə İstanbul Fond Birjasında sərbəst dövriyyədə yerləşdirilib. SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.

Xəbərin orijinal ünvanı: http://report.az/senaye/petkim-holding-yeni-sirket-yaradib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR